image-reklam-veteninfo
image-1backend

Keçmiş prezidentdən İrana çağırış: “Qısamüddətli qazancları uzunmüddətli nəticələrlə qarışdırmayın”  

image-reklam-veteninfo

Türkiyənin keçmiş prezidenti Abdullah Gül İran rəhbərliyini ABŞ-la razılaşma imkanını dəyərləndirməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki, Gül bu barədə “Project Syndicate”də dərc olunan məqaləsində bildirib. O, ABŞ və İsrailin İrana qarşı hücumlarını beynəlxalq legitimlikdən məhrum addım kimi qiymətləndirib və bunun Yaxın Şərqdə qeyri-sabitliyi artırdığını qeyd edib.

Keçmiş prezidentin sözlərinə görə, İran hakimiyyəti maksimalist strategiyasını davam etdirərkən qısamüddətli üstünlüklərlə uzunmüddətli qazancları qarışdırmamalıdır. Gül Tehranı ABŞ-la mümkün razılaşma imkanlarını diqqətlə nəzərdən keçirməyə çağırıb.

O, həmçinin İranın cavab tədbirləri çərçivəsində regiondakı ABŞ və İsrail obyektlərinin hədəf alındığını və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırıldığını bildirib. Gülün fikrincə, bu vəziyyət enerji qiymətlərinin yüksəlməsi və digər ölkələr üçün iqtisadi fəsadlarla nəticələnib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki