image-reklam-veteninfo
image-1backend

Keçmiş səfir: “ İran hücuma hazırdır: qoşunlarımız  Zəngəzura girəcək” 

image-reklam-veteninfo

Dünən İranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqqaiyan Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən sonra qərəzli fikirlər səsləndirib. Keçmiş diplomat İran telekanalına müsahibəsində bildirib ki, “Qafqaz İranındır” və ortaq sərhəddə heç kim “sahiblik iddiası” irəli sürə bilməz.

Amerikanın Cənubi Qafqazdakı planlarının həyata keçirilməsinə imkan verilməyəcəyini vurğulayan sabiq səfir, İranın qoşunlarının hazır olduğunu, hər hansı hadisə baş verərsə, bölgəyə ilk daxil olan tərəf olacaqlarını rəsmi şəkildə bəyan etdiklərini deyib.

Səqqaiyanın iddiasına görə, İran heç kimin qarşısında məhdudiyyət qəbul etmir. (Tabnak)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki