image-reklam-veteninfo
image-641f3cb7-8730-47cf-9072-e388cbe488babackend

Kəlbəcər gələcəkdə beynəlxalq turizm mərkəziolacaq

image-reklam-veteninfo

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri böyük təntəntənə ilə qeyd edilir. İşğaldan azad edilmiş ərazilərimizin sakinləri doğma ata-baba yurdlarında onlarla görüşə gələn dövlətimizin başçısını və Birinci xanımı səbrsizlikə gözləyirlərmiş kimi böyük sevinclə qarşılayırlar. Çünki dövlətimizin başçısının hər səfəri yeni obyeklərin və yaşayış komplekslərinin açılış mərasimləri, yenilərinin isə təməlinin qoyulması mərasimləri ilə yadda qalır. Prezidentin son 4 ildə Kəlbəcərə yeddinci səfəri də belə yadda qaldı. Prezident və Birinci vitse-prezidentin Kəlbəcərə növbəti səfəri tarixi gün kimi yaddaşlara həkk olunacaq. Çünki respublikamızın böyük rayonlarından olan Kəlbəcər və onun şəhəri gündən-günə canlanır, beynəlxalq turizm mərkəzinə çevrilir. Otuz iki il çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda məskunlaşmış kəlbəcərlilər artıq öz ata-baba yurdlarına qayıdır və burada rahat yaşayırlar.

Dövlətimizin başçısı keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarında hər cür şəraiti olan mənzillərdə rahat və təhlükəsiz yaşamaları münasibətilə təbrik edib və əminliklə deyib ki, onlar bundan sonra da öz yurd-yuvalarında rahat yaşayacaqlar: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz”.

Kəlbəcərə səfər zamanı reallaşan növbəti təməlqoyma mərasimində yeni yaşayış kompleksləri inşa olunacaq və yaxın gələcəkdə digər sakinlər də doğma yurdlarında məskunlaşacaqlar. Qeyd edildi ki, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq bu dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.

Prezident İlham Əliyev dedi ki, Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı.

Azərbaycan dövləti və xalqımız bir yumruq kimi birləşərək Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü ilin 19-20 sentyabrında yenilməz Ordumuzun Qarabağda keçirdiyi cəmi bir neçə saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı separatçı xunta rejimini silahı yerə qoymağa məcbur etdi. Həmin gündən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərdi.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzlanmasına hazırlıq işlərinin gedir və ölkə başçısının qeyd etdiyi kimi, bu sənədin müəllifi Azərbaycandır. Həmin sənəddəki bəndlərin tərtibatında da ölkəmizin mövqeyi hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və inamla demək olar ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik.

Gülər Baxışova

                                                        Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki