image-img-20241119-wa0003backend

Kəlbəcər rayonunun işğaldan azad olunması

image-reklam_sirab_01

2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustda inzibati rayon statusu almışdır. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Rayon ərazisi flora və fauna, faydalı qazıntı, qızıl yataqları ilə zəngindir. Kəlbəcərin tarixi abidələri, qayaüstü təsvirləri də onun qədimiliyinin sübutudur.
Sadaladığımız bu zənginliklər Erməni işğalının da səbəbidir. Tarixən ermənilər torpaqlarımıza göz dikmiş, onları işğal etməklə, qədim toponimlərini öz qoyduqları qondarma erməni adlarla əvəz etməklə, köçəri erməniləri bu ərazilərimizdə məskunlaşdırmaqla özününküləşdirə biləcəklərini hesab edirdilər.
Kəlbəcər rayonu 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Erməni caniləri torpaqlarımızı işğal etməklə kifayətlənməmiş, uşaqlara, qocalara, günahsız insanlara aman verməyib, işgəncə, əzab-əziyyətlə qətlə yetirmişlər. İşğal zamanı yüzlərlə dinc sakin doğma yurdundan didərgin düşmüş, tarixi mədəniyyət abidələri dağıdılmış, rayonun təbii sərvətləri məhv edilmişdir.
Beynəlxalq təşkilatların qəbul etdiyi işğalçılıq qətnamələri təsdiq olunsa da, real olaraq həyata keçirilməmişdir və heç bir halda Erməniləri torpaqlarımızdan çıxarmağa çalışmamışlar. Həmişə olduğu kimi ölkəmizə qarşı təxribatlar törətməkdən əl çəkməmişlər. Bütün bu səbəblərin nəticəsi olaraq, Azərbaycan dövləti yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində öz torpaqlarını özü azad etmişdir.
Azərbaycanın güclü, qüdrətli ordusu, cəsarətli əsgərlərinin hesabına 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bizim qələbəmizlə yekunlaşdı. Torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı, canı bahasına işğaldan azad olundu. Bu qələbənin ən uğurlu təflərindən biri də o idi ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Dekabrın isə 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bu üç rayonun sülh yolu ilə azad edilməsi itkilərimizin bu qələbədə daha az olmasının ən əsas uğurudur.
İşğalın sona çatması torpaqlarımızda və ölkəmizdə yeni dövrün başlanğıcı demək idi. Artıq müharibə bitən kimi Qarabağ torpaqlarında quruculuq,abadlıq işlərinə başlanıldı. Əsas məqsəd Qarabağ sakinlərinin öz torpaqlarına geri qayıtması idi.
Prezidentin göstərişlərinə əsasən, Kəlbəcərin elektrik və su təchizatı, evlərin tikilməsi, infrastrukturun bərpası sahəsində addımlar atıldı,layihələr həyata keçirildi. Bu layihələrin təməlqoyma və açılış mərasimlərində prezident İlham Əliyev özü şəxsən iştirak edir. Prezident “Kəlbəcər -1” Kiçik Su Elektrik Stansiyasının aşılışında, hərbi hissələrin aşılışında, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, İstisu sanatoriyasının, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Bundan başqa ora köçəcək əhalinin məşğuliyyətinin, əmək fəaliyyətinin yaxşılaşdırılması üçün də mühüm tədbirlər görülür, müxtəlif fəaliyyət sahələri layihələndirilir.
Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb və Sərəncama əsasən, 25 noyabr–Kələbəcər şəhəri günü kimi təsis edilib. bu il artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.

Baxışova Gülər
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image