image-esgerbackend

Kəlbəcərdə atışma: Azərbaycan ordusunun 19 yaşlı əsgəri şəhid oldu

image-reklam_sirab_01

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Azərbaycan ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ötən gecə Kəlbəcər istiqamətində Ermənistan ordusunun törətdiyi atışma zamanı şəhid olan hərbi qulluqçumuz Siyəzən rayonunun Zarat kəndində anadan olub. 2002-ci il təvəllüdlü Asif Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var. O, hərbi xidmətə getməzdən qabaq rayonda restoranların birində ofisiant işləyib.

A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki