Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, əgər iki ölkə müharibəni dayandırmaq üçün razılığa gəlməyə ümid edirsə, güzəştə getməlidir.
“Ukrayna prezidenti Vladimir Zelenski artıq açıq şəkildə bəyan edib ki, ərazilərlə bağlı mövqeyini yumşaldacaq”. Və Putin də mövqeyini yumşaltmalı olacaq. Zamanla və yəqin ki, yaxın gələcəkdə hamı ilə müzakirələrimiz olacaq. Bu isə hər iki tərəf üçün yaxşıdır”, – Kelloq Fox News-a müsahibəsində deyib.
Kelloqun sözlərinə görə, Vaşinqton Ukraynanın, xüsusən də atəşkəs əldə olunarsa, bu ilin sonuna qədər seçki keçirməsini istəyir.
O, daha əvvəl demişdi ki, Tramp iki ölkə arasında müharibəyə son qoymaq üçün həm Rusiya, həm də Ukraynaya təzyiq göstərmək niyyətindədir.