image-2backend

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək

image-reklam_sirab_01

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri müəyyən ediləcək.

Vətəninfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydalarını, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki