image-1backend

Kim Çen In 30-dək məmuru güllələdib

image-reklam_sirab_01

Şimali Koreya hakimiyyəti iyulun sonunda ölkənin şimalında minlərlə insanın həyatına son qoyan güclü daşqından sonra məsuliyyətsilik etmiş onlarla yüksək vəzifəli məmuru edam edib.

Vətəninfo.az xəbər verir ki,  bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, zərər çəkmiş bölgədə müxtəlif vəzifələr tutan 30-a qədər məmur güllələnib.

Şimali Koreya lideri Kim Çen In iyulun sonunda fövqəladə iclasda “vəzifələrinə etinasız yanaşanları” sərt şəkildə cəzalandıracağını bildirmişdi.

“TV Chosun” telekanalının məlumatına görə, daşqınlar ən çox Çinlə həmsərhəd olan Çaqanq əyalətinin şimalında qeydə alınıb. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yazıb ki, leysan 4 mindən çox evi zədələyib, yolları və dəmir yollarını su basıb, həmçinin Sinuiju şəhərində təxminən 3,3 min hektar ərazini dağıdıb, 5 minə yaxın insan xilas edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki