Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, KXDR hakimiyyəti Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10 minə yaxın əsgər göndərib.
Vətəninfo.az xəbər verir ki, Şimali Koreya hərbçilərinin bir hissəsi artıq Ukrayna ərazisi yaxınlığında yenidən yerləşdirilib və onların tezliklə Kursk vilayətində döyüşə girəcəyi istisna edilmir.
ABŞ prezidenti Co Bayden Şimali Koreya ordusunun bölgədə olmasını çox təhlükəli addım hesab edərək, bu məlumatdan narahatlığını bildirib. Eyni zamanda, KXDR-in BMT-dəki missiyasının birinci katibi İl Ha Kim Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, onları yalan adlandırıb.