image-image_750x_646320860aafa-1backend

Kiyev güclü bombardman edildi

image-reklam_sirab_01

Kiyevə gecə hücumu may ayı ərzində Ukraynanın paytaxtına edilən səkkizinci hava hücumudur.
Vətəninfo.az xəbər verir ki, Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko qeyd edib ki, ruslar eyni vaxtda müxtəlif istiqamətlərdən hücumu pilotsuz təyyarələrdən, qanadlı raketlərdən və ehtimal ki, ballistik raketlərdən istifadə edərək həyata keçiriblər.

Onun sözlərinə görə, ilkin məlumata görə, raketlərin böyük əksəriyyəti məhv edilib.
Daha əvvəl Kiyevin meri Vitali Kliçko bildirib ki, raket parçaları paytaxtın müxtəlif ərazilərinə, o cümlədən Kiyev zooparkına düşüb.

O, həmçinin qeyd edib ki, ilkin məlumata görə, Solomensk vilayətində üç qurban var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki