image-1backend

Kiyev Gürcüstanda keçirilən seçkiləri saxta hesab edir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Kiyev Gürcüstan hakimiyyətini “Belarus yolu ilə getməməyə” və oktyabrın 26-da keçirilən parlament seçkilərində saxtakarlıqlar barədə xəbərləri araşdırmağa çağırıb.

“Seçkilərin legitimliyini təmin etmək və siyasi böhranın qarşısını almaq üçün beynəlxalq müşahidəçilər tərəfindən müəyyən edilmiş faktlar araşdırılmalıdır. Biz Gürcüstan hökumətini suverenliyini və müstəqilliyini itirmək üçün Belarus yolu ilə getməməyə çağırırıq”, – Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“…Təəccüblü deyil ki, onların nəticələri Rusiyada yüksək qiymətləndirilib və təbrik edilib, çünki iradənin təzahürünün nəticələrinə belə təsir üsulları Rusiya rejimi üçün xarakterikdir. Eyni zamanda, onlar Gürcüstan hakimiyyətinin bəyan etdiyi Aİ və NATO-ya gedən yol ilə bir araya sığmır”, – bəyanatda deyilir.

“Novosti-Georgia” agentliyi xəbər verir ki, Kiyev “hər halda gürcü xalqının Aİ və NATO-ya olan istəklərini dəstəkləyəcəyini vəd edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image