Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi “ədalətli sülh” və sülh qətnaməsinin şərtləri ilə razılaşan kimi Ukrayna silahlı qüvvələri Kursk bölgəsindəki hücumunu dayandıracaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi bildirib.
“Ukrayna Rusiya ərazilərini ilhaq etməkdə maraqlı deyil, lakin öz vətəndaşlarının həyatını qorumaq istəyir” deyib.