image-reklam-veteninfo
image-1backend

Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var

image-reklam-veteninfo

Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.

Vətəninfo.az xəbər verir ki, aprelin 24-ə keçən gecə Kiyevə edilən dron və ballistik raket hücumları nəticəsində paytaxtın bir neçə ərazisində mülki infrastruktura ziyan dəyib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqladığı məlumata görə, hava hücumu nəticəsində 9 nəfər həlak olub, 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.

Yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir.

Hadisənin nəticələrinin aradan qaldırılması paytaxtın 5 rayonunda davam edir. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları və kinoloqları ərazidə iş aparırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki