İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 59 yaşlı kişi ölüb, iki poçt işçisi yaralanıb.
Bu barədə “RBK-Ukraine” Kiyev polisinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.


























