Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş təyyarələri ilə təşkil etdiyi hücumu nəticəsində partlayışlar baş verib.
Vətəninfo.az xəbər verir ki, Kiyevin meri Vitali Kliçko axşam saatlarında Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Kiyevə hücum etdiyini və nəticədə partlayışların baş verdiyini açıqlayıb.
Solomyansk rayonunda 4 mərtəbəli binada yanğının baş verdiyini qeyd edən Vitali Kliçko deyib: “Paytaxtın Solomyansk rayonunda partlayışlar və yanğın baş verib”.
Ukrayna Prezidenti Volodimir Zelenski pilotsuz uçuş aparatlarının vurulduğunu açıqlayıb.
Hücumlar və partlayışlar zamanı Ukrayna hava hücumundan müdafiə sistemlərinin intensiv atəş açdığı bildirilib.