Ukraynanın Kiyev və Odessa vilayətləri gecə saatlarında raket və kamikadze PUA-ların hücumuna məruz qalıb. Hücum nəticəsində Odessada 1 qurban var.Vətəninfo.az-ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən BBC-nin rus xidməti məlumat yayıb.
Kiyev hakimiyyətinin məlumatına görə, Rusiya tərəfi paytaxta strateji aviasiya TU-95MS təyyarələrindən buraxılan X-101, X-555, X-55 və digər növ raketlərlə hücum edib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, bütün hava hədəfləri zenit sistemləri tərəfindən məhv edilib.
Bildirilir ki, raket hissələrinin düşməsi nəticəsində Kiyev vilayətinin iki rayonunda yanğınlar baş verib.
Odessa vilayəti də hücuma məruz qalıb. Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiya tərəfi 3 saat ərzində İzmail rayonuna hücum edib. Kənd təsərrüfatı müəssisəsinin işçilərindən biri aldığı xəsarətlərdən dünyasını dəyişib. Bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar olub.