image-1backend

Kobaxidze hökumətin yeni tərkibini açıqladı

image-reklam_sirab_01

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze noyabrın 25-də keçirilən brifinqdə hökumətinin tərkibini təqdim edib. Vətəninfo.az  xəbər verir ki , bu barədə “İnterfaks” məlumat yayıb.

Kobaxidzenin sözlərinə görə, bu hökumətdə üç yeni nazir var. Xarici işlər naziri vəzifəsinə əvvəlki parlamentdə xarici əlaqələr komitəsinin sədri olmuş Maya Boçorişvili təklif edilmişdi. Parlamentin hüquq komitəsinin sədri olmuş Anri Ohanaşvilinin ədliyyə naziri təyin edilməsi təklif edilib. Parlamentin komitə sədri vəzifəsini tutan Davit Sonqulaşvili kənd təsərrüfatı naziri kimi təqdim edilib.

Yaxın bir neçə saat ərzində deputatlar Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad səsverməsi verməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image