“Gürcüstan istəsələr, Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır.” – Vətəninfo.az xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze Gürcüstanın ictimai yayımının Birinci kanalına müsahibəsində bildirib.
“Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqlar prosesində daha fəal iştirak etmək marağı varsa, biz həmişə bu məsələyə hazır olduğumuzu qeyd edirik. Bu istək bu gün də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəmiz olan Azərbaycan və Ermənistana öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, – Kobaxidze bildirib.