Ermənistan Baş Prokurorluğu sabiq prezident Robert Koçaryan, sabiq prezidentin administrasiya rəhbəri Armen Gevorkyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovdan 670 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) məbləğində vəsaitin geri ödənilməsini tələb edir. Bu məbləğ 2008-ci il prezident seçkilərindən sonra baş verən hadisələrdə zərər çəkmiş şəxslərə dövlət tərəfindən ayrılan kompensasiyaları əhatə edir.
Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra nəticələrə etiraz olaraq Yerevanda kütləvi aksiyalar keçirilmişdi. Etiraz aksiyaları eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları tərəfindən təşkil olunmuşdu. Polis qüvvələri ilə toqquşmalar nəticəsində azı 8 nümayişçi və 1 hərbçi həlak olmuş, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdi. Ümumilikdə isə 230 nəfər müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə müraciət etmişdi.