Bu gün səhər saatlarında Almaniyanın Köln şəhərinin (Şimali Reyn-Vestfaliya federal əyaləti) mərkəzi hissəsində partlayış olub. Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazini bağlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə yerli “Kölner Stadt-Anzeiger” nəşri məlumat yayıb.
Köln polisi bildirib ki, insident şəhərin tarixi mərkəzində – Rudolfplats meydanı yaxınlığında, “Vanity Club Cologne” diskotekasında baş verdiyi bildirilir baş verib. Hələlik təfərrüatlar məlum deyil.
Hüquq-mühafizə orqanlarının sosial şəbəkədə yerləşdirdiyi məlumata görə, hazırda ərazidə polis tərəfindən “böyük əməliyyat” keçirilir.