Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinin yaraqlıları Huila və Kauka ştatlarında partlayışlar törədiblər, nəticədə azı 3 nəfər ölüb, 26 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə polis direktoru Karlos Fernando Triana Beltran X sosial şəbəkəsindəki bloqunda məlumat verib.
“Cinayətkarlar tərəfindən törədilən terrorun kolumbiyalıları matəm vəziyyətinə saldığı Huila və Kaucadakı hücumları pisləyirik”.
Yerli medianın məlumatına görə, La Platada polis məntəqəsi yaxınlığında bomba daşıyan motosiklet partladılıb, nəticədə 2 nəfər ölüb, 25 nəfər yaralanıb, polis idarəsi isə dağılıb.
Digər hücum isə Kavka bölgəsindəki Mondomo qəsəbəsində baş verib, partlayış nəticəsində yerli qadın ölüb, qızı isə ağır yaralanıb. Valle del Kauka əyalətinin Camundi şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.