image-1backend

Komitə sədri xəbərdarlıq etdi: Bu şəxslər cəzalandırılacaq

image-reklam_sirab_01

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsi qəbul edildikdən sonra gözlənilən nəticələr odur ki, alkoqollu içki istehlakının məhdudlaşdırılması meylləri müşahidə edilə bilər”.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilərin istehlakının insan orqanizmi üçün nə kimi fəsadlar törətdiyi məlumdur: “Bu həm də əhalinin sağlamlığı ilə bağlı beynəlxalq təşəbbüslərin dəstəklənməsidir”.

Komitə sədri bildirib ki, qanunun qüvvəyə minməsindən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək: “Bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image