image-reklam-veteninfo
image-image_750x_68de2dd320522backend

Konor Makqreqor Ağ Evdə keçiriləcək UFC turnirində iştirak edəcək

image-reklam-veteninfo

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor Ağ Evdə baş tutacaq UFC turnirində iştirak etmək üçün müqavilə imzaladığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

UFC prezidenti Deyn Uaytın sözlərinə görə, turnir 2026-cı il iyulun 4-də – ABŞ-ın müstəqilliyinin 250-ci ildönümündə keçiriləcək. Makqreqorun iştirakı ilə irlandiyalı idmançı ABŞ tarixinin ən önəmli yubileylərindən birinə həsr olunmuş çempionatda çıxış edəcək.

Qeyd edək ki, UFC çempionatının Ağ Evdə keçirilməsi ideyası ABŞ prezidenti Donald Trampa məxsusdur. Turniri 20-25 min tamaşaçının izləyəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki