UFC-nin əfsanəvi döyüşçüsü, keçmiş dünya çempionu Konor Makqreqor bu ilin payızında keçiriləcək İrlandiya prezident seçkilərində iştirak etməkdən imtina edib.
Makqreqor bu barədə sosial şəbəkə platforması X üzərindən açıqlama verib:
“Ailəmlə apardığım uzun müzakirələr və ciddi düşüncələrdən sonra prezident seçkilərində iştirak etməməyə qərar verdim. Bu, asan qərar olmasa da, hazırda düzgün olan budur… Bu seçkilər mənim üçün son deyil – əksinə, siyasi yolumun başlanğıcıdır.”
37 yaşlı Makqreqor qarışıq döyüş sənətləri üzrə 22 qələbə və 6 məğlubiyyətlə peşəkar idman karyerasını davam etdirmiş, UFC-nin yüngül və yarımyüngül çəki dərəcələrində dünya çempionu olmuşdur.
Makqreqorun siyasətə atılması onun yeni karyera mərhələsi kimi qiymətləndirilir və gələcəkdə yenidən seçkilərdə iştirak edəcəyi istisna edilmir.