Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Qoma şəhəri ətrafında bazar günü gecə şiddətli döyüşlər başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
Kanal Anqolanın rəhbərlik etdiyi vasitəçilik səylərinin uğursuzluğa düçar olmasından sonra M23 üsyançıları və 3000-4000 Ruanda əsgərinin bir milyon əhalisi olan Qomanı mühasirəyə aldığını bildirdi.
“France 24” telekanalının müxbiri Qomadan on kilometr aralıda gün ərzində intensiv döyüşlərin getdiyi və ağır silahlardan istifadə edilməsi barədə məlumatı təsdiqləyib.
BMT-nin məlumatına görə, şəhərin hava limanı bağlanıb. BMT sülhməramlıları arasında itkilərin olduğu barədə məlumatlar var.
BMT öz işçilərinin bir qismini Qomadan təxliyə etməyə başlayıb. ABŞ, Fransa, Böyük Britaniya və Almaniya daha əvvəl öz vətəndaşlarını şəhəri tərk etməyə çağırmışdı.