image-reklam-veteninfo
image-1backend

Konstitusiyamızın dəyişilməsi Bakının tələbi yox, mövqeyidir

image-reklam-veteninfo

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh müqaviləsi bağlanmazdan əvvəl Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi zərurəti ilə bağlı Azərbaycanın irəli sürdüyü şərt tələb deyil, Bakının mövqeyidir.

Mirzoyanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın əvvəlcə yeni Konstitusiya qəbul etməli olduğu, bundan sonra tərəflərin sülh müqaviləsi imzalaya biləcəyi mövqeyini bildirib. Nazir vurğulayıb ki, Bakı bu mövqeyi bildirib, lakin onu Ermənistana tələb kimi təqdim etməyib.

Mirzoyan Bakı həbsxanasında cəzalarını çəkən separatçılar haqda da suala cavab verib.

“Bakıda saxlanılan ermənilərin azad edilməsində üçüncü tərəfin iştirakı uğursuz olub” – Mirzoyan bildirib.

Xarici işlər naziri parlamentdə bildirib ki, Ermənistan Azərbaycanda saxlanılan ermənilərin məsələsinin həllində üçüncü tərəf ölkələri cəlb etməyə çalışıb, lakin bu səylər uğursuz olub.

Onun sözlərinə görə, Ermənistan konsulluq yardımı və məhbuslara baş çəkmək xahişi ilə Azərbaycanla ortaq tərəfdaşlarına müraciət edib. Lakin nazir iddia edir ki, bu ölkələrə müdaxilə etməmələri barədə aydın şəkildə cavab verilib. Mirzoyan söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki