image-1backend

“Kontakt Home” ailə üzvlərimi təhdid edir- Müştəridən şikayət – VİDEO

image-reklam_sirab_01

Səidə Quliyeva adlı vətəndaş “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir.

Vətəninfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb. Vətəndaş bildirir ki, mağazadan 3 illik kreditlə noutbuk alıb. Lakin qısa müddət sonra cihazda nasazlıq yaranıb.

Zəmanət olduğu üçün müştəri cihazı servisə təqdim edib. Lakin bir neçə dəfə təmir olunsa da cihaz yenidən eyni problem yaradıb.

Səidə Quliyeva bildirir ki, aldığı məhsul hələ də servisdədir. Lakin şirkət ondan işlədə bilmədiyi məhsul üçün aylıq ödəniş tələb edir.

Müştəri bildirir ki, cihazı qaytarmaq və yenisi ilə əvəzləmək tələb edib. Bundan sonra ödənişləri edəcək.

Mağaza təbii olaraq kredit müqaviləsinin müddəti çatanda isə müştəriyə bildiriş mesajı göndərib. Lakin müştəri iddiasında haqlı olduğunu əsas gətirərək ödənişi etməyib.

Səidə Quliyeva deyir ki, şirkətin hüquqşünasları onu və ailəsini məhkəmə ilə hədələyir.

Hazırda xaricdə təhsil aldığını bildirən müştəri qeyd edir ki, ailəsinə olunan zənglər qanunsuzdur.

Ödənişi yalnız tələbi yerinə yetirildikdən sonra edəcək.

“Kontakt Home” mağazalar şəbəkəsi müştəriyə rəsmi olaraq cavab verib və onunla əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışıb. Müştəri isə öz növbəsində ona yalan vədlər verildiyini idda edir.Azpost


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image