image-reklam-veteninfo
image-1backend

Körfəz Əməkdaşlıq Şurası: “Əl-Dürrə qaz yatağı İrana aid deyil”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,  Körfəz Əməkdaşlıq Şurasına üzv olan ərəb ölkələrinin xarici işlər nazirləri İranın iddia etdiyi Əl-Dürrə qaz yatağı ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda İranın qaz yatağına iddiasının əsassız olması vurğulanaraq, yatağın Küveyt sularında yerləşdiyi, eləcə də Səudiyyə Ərəbistanı və Küveytə məxsus olduğu bildirilib.

Qeyd edək ki, İranın “Ərəş” adlandırdığı Əl-Dürrə qaz yatağının mülkiyyətinə görə, bir neçə ildir ki, İranın Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ ilə fikir ayrılıqları davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki