image-reklam-veteninfo
image-1backend

Körfəz ölkələri ABŞ-ın İrana hücumları üçün platforma olmaqdan imtina etdilər

image-reklam-veteninfo
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt öz ərazilərinin, o cümlədən hava məkanının ABŞ döyüş təyyarələrinin İrana hücum etmək üçün istifadəsinə icazə verməyəcək. Vətəninfo.az xəbər verir ki , bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Körfəz ölkələri ABŞ prezidenti Donald Trampın İranı bombalamaqla hədələməsindən sonra belə bir bəyanatla çıxış ediblər.

“Middle East Eye” öz növbəsində yazır ki, Fars körfəzi ölkələrinin bu mövqeyi Tramp administrasiyasının Yəməndə husilərə qarşı kütləvi hücumlardan nümunə götürərək, İranı nüvə proqramı ilə bağlı danışıqlar masasına oturtmağa yönəlmiş planlarına zərbə hesab olunur.

Adının çəkilməsini istəməyən yüksək rütbəli ABŞ rəsmisi Middle East Eye-a deyib: “Əgər İran Amerikanın neftlə zəngin ərəb müttəfiqlərinin zərbə endirmək istəmədiyini başa düşsə, bu, onların danışıqlardakı mövqeyini gücləndirə bilər”.

Bundan əvvəl ABŞ B-2 strateji bombardmançı təyyarələrini Hind okeanındakı Dieqo Qarsiya adasındakı hərbi bazaya yerləşdirmişdi və bu bazadan İraqa hücumlar üçün istifadə edilmişdir.

Son peyk görüntüləri bazada ən azı üç-beş B-2 bombardmançısının yerləşdirildiyini göstərir.

İranın “Xəbərfuri” qəzetinin yazdığına görə, ABŞ-ın Dieqo Qarsiya hərbi bazasından istifadə etməsi ərəb ölkələrinin hava məkanından keçmədən İranı hədəf almağa imkan verəcək, eyni zamanda həmin ölkələrə birbaşa münaqişədən yayınmağa imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki