image-a6fd858e-35b1-39c3-a62f-c5c0d12e7bc2_850backend

Koronavirus Ermənistanı “vurdu” – Vəzifəlilər yoluxdu – Nə baş verir?

image-reklam_sirab_01

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Artak Davtyanda koronavirus aşkarlanıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, onunla yanaşı, silahlı qüvvələrin digər yüksəkrütbəli nümayəndələri də koronavirusa yoluxub.

Xatırladaq ki, ötən gün ölkənin Baş naziri Nikol Paşinyana da koronavirus diaqnozu qoyulub. Ermənistan KİV isə onu həm daxili, həm də xarici tədbirlərdən yayınmaq üçün özünü xəstə kimi qələmə verməkdə günahlandırır.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 2 556 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 358 218-ə çatıb. Ölənlərin sayı isə 2 nəfər artaraq 8 035-ə yüksəlib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image