image-1backend

“Köstəbək” əməliyyatının detalları: “Mossad”a məlumatı bu məbləğə ötürürmüşlər

image-reklam_sirab_01

Əksəriyyəti suriyalı və fələstinli olan MOSSAD casusu olduqları iddia edilən şübhəlilərin İsrailə öz vətəndaşları haqqında məlumatları 100-200 dollara satdıqları məlum olub.

Vətəninfo.az xəbər verir ki, MOSSAD agentləri Fələstin vətəndaşları və Türkiyədə HƏMAS-a bağlı şəxslər haqqında məlumat toplamaq üçün İsrail Onlayn Əməliyyatlar Birliyindən (ICOM) istifadə ediblər. Məlumat toplayacaq şəxslər şübhə doğurmamaq üçün Fələstin və Suriya vətəndaşları arasından seçilib. Pul müqabilində işə götürülən şəxslər verdikləri məlumatlar üçün 100-200 dollar alıblar. MİT və polis qrupları İsrail agentləri ilə əlaqəsi olan şəxsləri müəyyən edərək “köstəbək” əməliyyatı təşkil edib.

“Köstəbək” əməliyyatında saxlanılan 34 nəfərdən 15-i həbs edilib, 11-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Saxlanılanlardan 8-i sərbəst buraxılıb. Əməliyyat çərçivəsində 12 adam axtarılır.

Şübhəlilər arasında Amal Sallamı Ep Sıala ilə bağlı iddialar olduqca diqqəti çəkir. Sıala ifadəsində Samir Ferat adlı şəxsin ona 150 dollar göndərərək Süleymaniyyə məscidinin içəri və çölünün videosunu istədiyini bildirib.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki