Rusiya Suriyanın rəsmi hakimiyyətini dəstəkləməyə davam edəcək və ölkənin şimalında silahlıların hücumları fonunda vəziyyəti sabitləşdirmək üçün Dəməşqə indi nəyə ehtiyac olduğunu təhlil edəcək.
RBC xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz Bəşər Əsədi dəstəkləməyə və müvafiq səviyyələrdə təmaslarımızı davam etdirməyə və vəziyyəti təhlil etməyə davam edirik. Vəziyyəti sabitləşdirmək üçün nəyin lazım olduğuna dair mövqe formalaşacaq”, – deyə Peskov bildirib.