image-222backend

Kreml gürcüləri sevindirdi, ABŞ isə sərt xəbərdarlıq ETDİ

image-reklam_sirab_01

ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunacağı təqdirdə gözlənilən sanksiyalarla bağlı xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın “Accent” nəşrinə Dövlət Nazirliyinin nümayəndəsi məlumat verib.
Bəyanatda deyilir ki, bəzi Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələri idarə edən Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyalara səbəb ola bilər.

Dövlət Departamenti hazırda Rusiya ilə münasibətləri dərinləşdirməyin vaxtı olmadığını vurğulayaraq, həmçinin qeyd edib ki, hava nəqliyyatını bərpa etmək və ya gürcü xalqı üçün viza rejimini dəyişmək əvəzinə, Rusiya öz qoşunlarını Gürcüstan ərazisindən çıxarsa, daha yaxşı olar.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və mayın 15-dən bu ölkə ilə birbaşa uçuşlara icazə verilməsi haqqında fərman imzalayıb. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi də öz növbəsində rusların Gürcüstana səfərdən çəkinməsi ilə bağlı göstərişi geri götürüb.
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə Rusiya vətəndaşları üçün 90 gün müddətində vizasız qalmaq üçün məhdudiyyət tətbiq etməlidir. O, Kremlin hərəkətlərini “təxribat” adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki