Vətəninfo.az xəbər verir ki, Omanda İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu ərəfəsində Kremlin sözçüsü Dmitri Peskov bu gün bildirib ki, Moskva İranın nüvə problemi ilə bağlı siyasi məsələnin həlli üçün hər cür köməklik göstərməyə hazırdır.
Onun sözlərinə görə, Çin və Rusiyanın istənilən mümkün razılaşmada zəmanət rolu Tehran – Vaşinqton danışıqlarından asılıdır.
“Bizdən nə istənilirsə, onu etməyə hazırıq. Biz danışıqların ikinci raundunun İran və ABŞ-nin planlaşdırdığı kimi baş tutacağını gözləyirik”, – deyə, Peskov vurğulayıb.