image-1backend

Kreml: “Rusiya İranın yanındadır”

image-reklam_sirab_01

Vətəninfo.az İSNA-ya istinadən xəbər verir ki,  dünən Kremlin sözçüsü Dmitri Peskov Tehran və Moskvanı tərəfdaş adlandırıb və vurğulayıb ki, İranda Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tam fikir birliyi var.
Məlumata görə, Dmitri Peskov İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın helikopter qəzasında həlak olmasına toxunaraq, İranla həmrəy olduqlarını bildirib.
“İran Rusiyanın tərəfdaşıdır və Moskva bu çətin anda Tehranı dəstəkləyir. İranla Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməlidir”, – deyə, Kremlin sözçüsü əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki