Rusiya Ukraynadakı münaqişənin uzunmüddətli həllini istəyir . Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib .
“Biz gələcək nəsillər üçün təhlükəsizlik problemlərimizi həll etmək istəyirik”, – Kremlin sözçüsü təsdiqləyib.
Peskov həmçinin qeyd edib ki, Moskva ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirir .
Kreml həmçinin Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun başçılıq etdiyi Amerika nümayəndə heyəti ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar yolu ilə bağlı gözlənilən görüşünün əhəmiyyətini də qiymətləndirib . Sammit dekabrın 2-nə planlaşdırılıb.

























