Dəməşqdəki Rus Evi bağlı olaraq qalır, lakin Rossotrudniçestvo suriyalı tərəfdaşları ilə əməkdaşlığı davam etdirir. Vətəninfo.az xəbər verir ki , bu barədə RİA Novosti agentliyinə agentliyin rəis müavini Pavel Şevtsov məlumat verib.
“Hazırda Rusiya Evi açılmayıb, çünki Dəməşqdəki vəziyyət təhlükəsizlik baxımından buna imkan vermir”, – Şevtsov bildirib.
O vurğulayıb ki, Rossotrudniçestvo Suriyadakı daxili siyasi prosesləri diqqətlə izləyir.
“Eyni zamanda, biz suriyalı tərəfdaşlarımızla əlaqəmizi kəsmirik, əməkdaşlıq edirik”, – Şevtsov yekunlaşdırıb.
Yanvarda “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov özünün Telegram kanalında yazıb ki, Dəməşqdəki Rus Evi bağlanıb və Rusiya səfirliyi orada mövcudluğunu saxlamaq üçün çalışır.
2024 Noyabrın sonlarında Suriya müxalifətinin silahlı qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçərək dekabrın 8-də Dəməşqə daxil oldular. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Suriyanın yeni administrasiyasının başçısı Əhməd əl-Şaraa yanvarın 29-da Suriyanın müvəqqəti prezidenti elan edilib.