image-reklam-veteninfo
image-1backend

Kreml Ukraynada müharibənin dayandırılması üçün öz şərtlərini açıqlayıb– NBC News

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov NBC News-a verdiyi müsahibədə bildirib ki, Moskva ilə Kiyev arasında əsaslı fikir ayrılıqları qalır və ABŞ prezidenti Donald Trampın müharibənin tezliklə başa çatmasına kömək edəcəyinə dair böyük ümidlər bəsləməyə dəyməz.

Vətəninfo.az xəbər verir ki, Lavrov NBC kanalının aparıcısı Kristen Uelkerə müsahibəsində qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş planlaşdırılmır. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri və ərazi mübahisələri də daxil olmaqla əsas məsələlər hələ də həll olunmayıb.

“Putin prezident Zelenski ilə yalnız bu görüş konkret nəticələr verəcəyi təqdirdə görüşməyə hazırdır. Zelenskinin səhnəyə çıxması üçün daha bir fürsət əldə etməsi məqsədilə görüş keçirmək bizim üçün faydalı deyil”, – deyə Lavrov bildirib.

Məqalədə vurğulanır ki, ABŞ prezidenti bu ay həm Putin, həm Zelenski, həm də Avropa liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirsə də, Rusiya ordusunun Ukraynaya, o cümlədən ötən həftə ABŞ-a məxsus zavoda endirdiyi zərbələr Vaşinqtonun sülh təşəbbüslərinə ciddi zərbə vurub.

Hazırda Ağ Ev Putinlə Zelenskinin görüşünü təşkil etməyə çalışır, lakin Lavrovun açıqlamaları tərəflər arasında mövqelərin hələ də çox uzaq olduğunu göstərir.

NBC News-un məlumatına görə, Ukraynaya təzyiqlər edilir ki, işğal altında olan Krım və Donbas ərazilərindən imtina etsin, həmçinin NATO-ya üzvlük planlarından əl çəksin.

Lavrov müsahibədə bildirib ki, Zelenski bu tələblərin heç birinə razılıq verməyib:
“Zelenski hər şeyə ‘yox’ dedi. Biz necə görüşək biri ilə ki, o, lider rolunu sadəcə oynayır?”, – deyə Lavrov bildirib.

Nazir əlavə edib ki, Rusiya Ukraynadan rus dilinə məhdudiyyətlər qoyan və guya Ukrayna Pravoslav Kilsəsinə (UPK MP) qarşı təzyiqləri artıran qanunların ləğvini tələb edir.

Bununla yanaşı, Lavrov bildirib ki, Zelenski de-fakto lider olsa da, “Ukrayna Konstitusiyasına görə o, hazırda qeyri-legitimdir” və hər hansı sənədin imzalanması üçün “aydın legitimlik” lazımdır.

Qeyd edək ki, daha əvvəl Lavrov Ukraynada “heç vaxt mülki obyektlərə hücum etmədiklərini” iddia etmişdi. O, həmçinin bildirib ki, Zakarpatiyada ABŞ zavoduna endirilmiş zərbə barədə məlumatı yoxdur. Digər tərəfdən, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Rusiya 3,5 il davam edən müharibə ərzində ilk dəfə müəyyən güzəştlərə getməyə hazır olduğunu göstərib və müharibədən sonra Ukraynanın ərazi bütövlüyünü tanımağa meyllidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki