Kreml Ukraynadan konkret addımlar gözləyir ki, Kiyev həqiqətən də sülhlə bağlı dialoqa hazırdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu sözlərin arxasında konkret olaraq nə dayanır, hansı konkret planlar müzakirə olunur, bu istiqamətdə hansı addımlar atılır, əgər söhbət doğrudan da ciddidir? Burada, əgər varsa, konkret addımları gözləmək lazımdır”, – Peskov jurnalistlərə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparmaq barədə açıqlamasını şərh edərkən deyib.
“Əlbəttə, bu və ya digər şəkildə dialoqdan danışmaq son ukraynalıya qədər döyüşmək niyyətindən danışmaqdan qat-qat yaxşıdır”, o əlavə edib.