image-reklam-veteninfo
image-1backend

Kreml Uzaq Şərqdə nəzarəti itirir – kəşfiyyat məlumatı

image-reklam-veteninfo

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Kremlin Rusiyanın Uzaq Şərq regionu üzərində nəzarəti itirmək riski yaranıb. Region, əslində, xarici güclərin strateji maraqlarının arenasına çevrilməkdədir.

Məlumatda bildirilir ki, Çin və Şimali Koreya (KXDR) Rusiyanın sərhəd bölgələrində mövqelərini möhkəmləndirirlər. Çin iqtisadi təsirini artıraraq 2025-ci ildə bu bölgəyə investisiyaların həcminin 1 trilyon rubla çatacağını proqnozlaşdırır. Lakin bu investisiyaların əksəriyyəti ticarət sahəsini əhatə edir, infrastruktur layihələri azdır. Hətta Xabarovsk senatoru Viktor Kalaşnikov qeyd edib ki, 2024-cü ildə Rusiyanın Çinlə ticarət dövriyyəsi 5,5 milyon ton artıb, 2025-ci ilin ilk yarısında isə əlavə 36% artım müşahidə olunub.

Eyni zamanda Çin “sürüşən” demoqrafik ekspansiya həyata keçirir. Vladivostokdan Uraladək olan bölgədə artıq 2 milyonadək Çin vətəndaşı yaşayır və onların sayı artır. Bu prosesə Rusiyanın xüsusi iqtisadi zonaları və vizesiz rejim dəstək olur, nəticədə müəyyən ərazilərdə yerli əhali demək olar ki, işləməyə bilmir.

Paralel olaraq Moskva bölgəyə Şimali Koreya işçilərini də cəlb edib. Ötən il Uzaq Şərqə 15 minə yaxın şimal koreyalı işçi gəlib, qeyri-rəsmi məlumatlara görə bu rəqəm 50 min nəfərə çatır. Rusiyalı şirkətlər isə əlavə 153 min işçi üçün müqavilələr bağlayıblar. İşçilərə minimum əmək haqqı verilir, Pxenyan isə illik 500 milyon dollar qazanır.

Xidmətin məlumatına görə, beləliklə, iki nüvə dövləti eyni vaxtda üçüncü ölkənin ərazisində mövqelərini möhkəmləndirir: Çin iqtisadi asılılıq, Şimali Koreya isə əmək qüvvəsi vasitəsilə təsir göstərir.

Ekspertlər bildirir ki, Çin təsirinin artması və şimal koreyalı işçi kvotalarının genişləndirilməsi tərəfdaşlar arasında maraq ziddiyyətinə səbəb ola bilər. Kremlin isə 40%-ə yaxın ərazini – təxminən 7 milyon kvadrat kilometr və 7,9 milyon nəfərlik əhalini – itirmək riski var. Bu isə Uzaq Şərqi tamamilə xarici strateji maraqların meydanına çevirir.

Əvvəllər Rusiya və Şimali Koreya Tuman çayı üzərində avtomobil körpüsünün tikintisinə başlayıb ki, bu da iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki