image-image_750x_64526ddf59eeebackend

“Kremlə hücumda Ukraynanın heç bir rolu yoxdur” -Mixail Podolyak

image-reklam_sirab_01

“Rus partizanları Kremlə hücum edə bilərdi.” –Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
“Naməlum dronların enerji obyektlərində və ya Kreml ərazisində görünməsi yalnız yerli müqavimət qüvvələrinin fəallığından xəbər verə bilər. Bildiyiniz kimi, dronları istənilən hərbi mağazadan almaq olar. Kremlə hücumda Ukraynanın heç rolu yoxdur”, – Podoliak Twitter-də yazıb.

Xatırladaq ki, bu gecə Kreml ATS-nin hücumuna məruz qalıb.

Rusiya prezidentinin mətbuat xidməti bildirib ki, Ukrayna iki pilotsuz təyyarə ilə Kremlə hücum etməyə cəhd edib, lakin onlar zərərsizləşdirilib. Kreml baş verənləri terror və Vladimir Putinə qarşı sui-qəsd kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki