ABŞ dövlət katibi Entoni Blinken Krım körpüsünə hücumla bağlı bildirib ki, hərbi əməliyyatların necə aparılmasına Kiyev özü qərar verir.
Vətəninfo.az xəbər verir ki, Krım körpüsü ilə bağlı insidenti şərh edən Blinken, “Əlbəttə, Ukrayna öz ərazisini, xalqını və azadlığını müdafiə etmək üçün bu müharibəni necə aparacağına qərar verməlidir” dedi.
Xatırladaq ki, Krım körpüsünün partlaması nəticəsində iki nəfər həlak olub. Ukraynanın güc strukturları xüsusi əməliyyatda iştirakını etiraf edib, Rusiya Federasiyası təkcə Kiyev rejimini deyil, həm də ABŞ və Böyük Britaniya kəşfiyyatını ittiham edib.
Krım hakimiyyəti isə öz növbəsində hadisəni terror kimi qiymətləndirib. Faktla bağlı Rusiya Federasiyasının KM tərəfindən cinayət işi başlanıb.