Pilotsuz aparatların intensiv hücumundan sonra Krımda kəndlərin əhalisinin təxliyyəsinə başlanılıb. Vətəninfo.az xəbər veir ki, bu barədə respublikanın rəhbəri Sergey Aksyonov məlumat verib.
“Canko vilayətində baş verən insidentdən sonra (Ukraynaya məxsus zenit raketlərinin parçaları rayonun sursat anbarına düşüb – red.) 5 kilometr radiusda yaxınlıqdakı kəndlərin əhalisinin təxliyəsi barədə qərar qəbul edilib”, – Aksyonov Teleqram-kanalında yazıb.
O qeyd edib ki, insanlar müvəqqəti yaşayış yerlərində yerləşdiriləcək.
Krım rəhbəri əlavə edib ki, hücum nəticəsində xəsarət alan olmayıb.