image-1backend

Krımda partlayışlar baş verib

image-reklam_sirab_01

Mayın 17-nə keçən gecə Sevastopol vilayətində partlayış səsləri eşidilib, pilotsuz təyyarənin hücumu nəticəsində hava hücumundan müdafiə sistemi işə düşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri və yerli Telegram kanalları məlumat yayıb.

Qeyd olunur ki, şəhərdə atışma və partlayış səsləri eşidilib. Şəhər qubernatoru Mixail Razvojayevin sözlərinə görə, Sevastopol pilotsuz təyyarələrin hücumunu dəf edir. Hazırda bir neçə obyekt artıq dağıdılıb, mülki infrastruktura ziyan dəyməyib.

Wind Telegram kanalı da Balaklava şəhərində pilotsuz təyyarə hücumundan yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki