image-reklam-veteninfo
image-1backend

Kriminal dünyaya qarşı genişmiqyaslı əməliyyat: “Oğru dünyası” ilə əlaqəli 80 nəfər saxlanılıb

image-reklam-veteninfo

Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olduğu iddia edilən 80 nəfər saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, “Georgia Online” ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində xaricdə yaşayan “qanuni oğru”nun da daxil olduğu daha 14 nəfər barəsində ittiham irəli sürülüb.

Tbilisi və ölkənin müxtəlif bölgələrində Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi İdarəsi və Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə genişmiqyaslı əməliyyat keçirilib.

İstintaqın məlumatına görə, “qanuni oğru” kimi təqdim edilən Georgi Qoqoladzenin ətrafındakı şəxslər onun adından və himayəsi altında fəaliyyət göstəriblər. Hüquq-mühafizə orqanlarının iddiasına əsasən, həmin şəxslər mütəmadi olaraq qondarma “oğru görüşləri” təşkil edərək maliyyə mübahisələrini kriminal ənənələrə uyğun şəkildə həll ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər müxtəlif şəxslər arasındakı mübahisələrə müdaxilə edib, tərəflərdən birinin digərinə və ya özlərinə müəyyən məbləğdə pul ödəməsini tələb ediblər.

İstintaqın versiyasına görə, tələblər yerinə yetirilmədikdə və ya müəyyən edilmiş müddətlərə əməl olunmadıqda, şübhəlilər fiziki zorakılıq və hətta qətllə hədələyiblər.

Əməliyyat çərçivəsində şübhəlilərin evlərində və avtomobillərində axtarışlar aparılıb. Hüquq-mühafizə orqanları onların bir-biri ilə, eləcə də xaricdə yaşayan “qanuni oğru” ilə əlaqə saxlamaq üçün istifadə etdikləri kompüter və mobil telefonları sübut kimi müsadirə edib.

Axtarışlar zamanı odlu silah, pul və narkotik maddələrin də aşkarlandığı bildirilir.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³, 223⁴ və 236-cı maddələri üzrə aparılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin maddələr üzrə cinayətin xarakterindən asılı olaraq, təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki