image-333backend

KTMT Belarusda toplanacaq

image-reklam_sirab_01

Bu il iyunun 8-də Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin sədrliyi ilə Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək. Vətəninfo.az xəbər verir ki, iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcək.

İclas iştirakçıları KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə çağırışlar və təhdidlər, onların zərərsizləşdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər.

Digər məsələlərlə yanaşı, sessiya zamanı KTMT-nin “Vardzka” regional antiterror əməliyyatının müzakirəsi də planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki