image-1backend

KTMT Ermənistandan üzvlük barədə aydınlıq gözləyir

image-reklam_sirab_01

KTMT Ermənistandan üzvlük barədə məsələyə aydınlıq gətirməsini gözləyir.

Vətəninfo.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Almatıda təşkilatın Parlament Assambleyası Şurasının iclasında bildirib.

İmanqali Tasmaqambetov bildirib ki, son bir ildə Ermənistan KTMT tədbirlərində iştirakını əhəmiyyətli dərəcədə azaldıb, lakin əsas qarşılıqlı fəaliyyət mexanizmləri işləməkdə davam edir.

“KTMT ümid edir ki, İrəvan strukturla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək. Bu, ilk növbədə gələcək birgə fəaliyyətlərin tam planlaşdırılması üçün assosiasiyamızın bütün iştirakçılarının xeyrinə olardı.”- İmanqali Tasmaqambetov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki