image-jpgbackend

“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum olub

image-reklam_sirab_01

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin “Küçə sənətçiləri” layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilmiş mütəxəssis sənətşünaslardan ibarət münsiflər heyətində Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, dosent İnarə Babayeva, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev, Əməkdar rəssam Vüqar Əli, rejissor və aktyor Ceyhun Dadaşov yer alıb.

2 mərhələdən ibarət seçim turundan uğurla keçən 20 sənətçi layihənin növbəti 6 aylıq dövründə iştirak etmək hüququ qazanıb. Onların Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə birgə razılaşdırılmış xüsusi çıxış yerlərində sərbəst fəaliyyətinə şərait yaradılması üçün lazımi tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Küçə sənətçiləri” layihəsi Dövlət Turizm Agentliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılan işçi qrupunun birgə fəaliyyəti ilə təkmilləşdirilmiş qaydalar əsasında yenidən təşkil olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image