Küveyt Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini çağıraraq ona rəsmi etiraz notası təqdim edib.
Vətəninfo.az xəbər verir ki, buna səbəb İran səfirliyinin Küveytin rəsmi şəxslərinə qarşı sui-qəsd planında İran vətəndaşının iştirak etməsi ilə bağlı ittihamları rədd etməsi olub.
Küveyt tərəfi bununla bağlı narazılığını İran səfirinə çatdırıb və rəsmi etirazını diplomatik kanallar vasitəsilə ifadə edib.


























