Küveytin cənubundakı Manqafi rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində azı 35 nəfər ölüb, 15 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb .
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Polis nümayəndəsi Küveytin dövlət televiziyasının efirində bildirib ki, binada əsasən Asiya ölkələrindən olan işçilər yaşayır .